"Bavariya"da ayrılıq

20:05 - 28 İyun 2015

Badştuber "Ştutqart"a icarəyə verilir

 

"Bavariya" və Almaniya millisinin müdafiəçisi Holqer Badştuber doğma klubundan ayrılıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi futbolçunu "Ştutqart"a 1 illik icarəyə verib. Nəzərinizə çatdıraq ki, 26 yaşlı futbolçunun “Bavariya” ilə 2017-ci ilin yayına kimi müqaviləsi var.

 

Qeyd edək ki, "Bavariya"nın yetirməsi olan Badştuber 2009-cu ildən bu klubun əsas komandasında çıxış edir. O, son mövsümdə münhenlilərin heyətində 16 oyunda meydana çıxaraq 1 qol vurub.

Xəbər xətti