Kosta-Rika yığmasının hücumçusu Portuqaliya klubunda

01:12 - 29 İyun 2015

“Sportinq” Brayan Ruislə müqavilə bağlayır 
 
Kosta-Rika millisinin və “Fulhem” klubunun hücumçusu Brayan Ruis karyerasını Portuqaliyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunu “Sportinq” heyətinə qatmağa yaxındır.
 
Portuqaliya təmsilçisi gələn həftə kosta-rikalı forvardla 1,5 milyon avro qarşılığında müqavilə bağlayacaq.
 
Qeyd edək ki, ötən mövsüm “Fulhem”də 29 oyun keçirən Brayan Ruis 4 qol vurub və 3 məhsuldar ötürmə edib.     

Xəbər xətti