Ederin keçidinə nə mane olur?

01:44 - 29 İyun 2015

"Sampdoriya” hücumçunun transferində güzəştə getmir    
 
“Sampdoriya”da forma geyinən Eder A seriyasında digər klubların maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, braziliyalı əsilli italiyalı hücumçunu “Latsio” heyətinə qatmaq istəyir.
 
Lakin 28 yaşlı futbolçunun paytaxt təmilsilçisinə keçidinə “Sampdoriya” rəhbərliyi mane olur. İtaliya yığmasının üzvünə görə “Sampdoriya” qarşı tərəfdən 20 milyon avro tələb edir. “Latsio” rəhbərliyi bu məbləğin yüksək olduğunu nəzərə alaraq, futbolçunun transferiylə bağlı gözləmə mövqeyi tutur.         

Xəbər xətti