“Qırmızı şeytanlar” irlandiyalı futbolçudan vaz keçəcəkmi?
“Everton” klubu müdafiəçi Şeymus Koulmanın “Mançester Yunayted”ə keçidinə razılıq verməyib.
Sportal.az xəbər verir ki, “Qırmızı şeytanlar” 26 yaşlı futbolçunun transferinə görə qarşı tərəfə 18 milyon avro təklif edib.
İngiltərə nəhənginin bu təklifini geri çevirən “Everton” rəhbərliyi irlandiyalı futbolçunu düşərgədə saxlayacağını bəyan edib.
Qeyd edək ki, geridə qalan mövsüm “Everton”da 42 oyun keçirən Koulman 5 dəfə fərqlənib və 2 qol ötürməsi edib.
saytlarin hazirlanmasi