Vaqif Sadıqov da məlumatı təsdiqləyib
İtaliyanın "Latsio" klubuna Azərbaycan şirkəti sponsorluq edə bilər.
Sportal.az xəbər verir ki, növbəti belə iddia ilə sözügedən ölkənin məşhur "Corierre dello Sport" nəşri çıxış edib.
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov da bu məlumatı təsdiq edib:
"Azərbaycan şirkətlərindən biri doğrudan da "Latsio" ilə danışıq aparır. Amma danışıqların əlavə detalları haqda məndə məlumatım yoxdur. Sadəcə, onu deyə bilərəm ki, futbol Azərbaycanda ən vacib idman növlərindən biridir. Futbola böyük sevgi və həvəslə yanaşırıq".
saytlarin hazirlanmasi