"Ağ-qaralar" 22 qol buraxıb
Ölkə futbolunun "Flaqman"ı sayılan "Neftçi" klub tarixinin ən pis günlərini yaşayır.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" keçirdiyi son 11 oyunda (8 rəsmi, 3 yoxlama) qələbə qazana bilməyib. "Neftçi"nin son qələbəsi 13 apreldə keçirilən ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçında "İnter"ə qarşıdır 2:0. Bu tarixdən sonra 8 rəsmi matçda 3 bərabərlik ("Bakı" - "Neftçi" 0:0, "Neftçi" - "Sumqayıt" 2:2, "Neftçi" - AZAL 1:1) və 5 məğlubiyyətlə ("İnter" - "Neftçi" 2:1, "Qəbələ" - "Neftçi" 3:1. "Qarabağ" - "Neftçi" 3:2, "İnter" - "Neftçi" 4:0, "Qarabağ" - "Neftçi" 3:1) üzləşib.
Komanda iyun ayında Avstriyada keçirdiyi 3 yoxlama matçının hər üçündə də məğlub olub. (MTK - "Neftçi", 3:0, "Neftçi" - "Kukesi", 0:2, "Şaxtyor" - "Neftçi" 1:0).
"Ağ-qaralar" bu 11 oyunda qapısında 24 qol görüb və rəqib qapılarından cəmi 8 top keçirib.
saytlarin hazirlanmasi