Adı bir neçə klubla hallanan Kasilyasın meneceri danışdı

18:32 - 29 İyun 2015

"Roma"dan heç bir təklif gəlməyib

 

Madrid "Real"ından ayrılması gözlənilən İker Kasilyasın adı "Roma" ilə hallanırdı.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 34 yaşlı qolkiperin meneceri Karlo Kutropiya verdiyi açıqlamada bu məsələyə belə aydınlıq gətirib:

 

"Roma"dan Kasilyasa heç bir təklif gəlməyib. Mən əvvəl də qeyd etmişəm Roma əla şəhərdi və möhtəşəm komandası da var. Lakin bu o demək deyil ki, Kasilyas orada çıxış edəcək".

Xəbər xətti