4 illik müqavilə
"Tottenhem"in yarımmüdafiəçisi Paulinyo karyerasını Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Quançjou Everqrand" 4 illik müqaviləyə imza atdığı 26 yaşlı braziliyalı futbolçu üçün 14 milyon avro ödəyib.
Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"in formasını geyinən Paulinyo bu vaxt ərzində çıxdığı 67 matçda cəmi 10 qolla yadda qalıb.