Avrokubokların finalları hansı şəhərlərdə keçiriləcək?

20:07 - 29 İyun 2015

Kardiff, Stokholm, Skoype

 

2016/17 mövsümü üçün Avropa kuboklarının final oyunlarının keçiriləcəyi şəhərlər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin bugünkü iclasında müvafiq qərar qəbul edilib.

 

Qərara əsasən, 2016/17 mövsümü üçün Çempionlar Liqasının finalı Uelsin paytaxtı Kardiff, Avropa Liqasının finalı İsveçin Stokholm, UEFA superkubokunun oyunu isə Makedoniyanın Skopye şəhərində keçiriləcək.

Xatırladaq ki, 2015/16 mövsümünün finalları isə İtaliyanın Milan (Çempionlar Liqası), İsveçrənin Bazel (Avropa Liqası) və Norveçin Tronheym (UEFA superkuboku) şəhərlərində olacaq.

Xəbər xətti