Rahim Laval "Roma"da
Türkiyə Super Liqasında çıxış edən “Əskişehirspor”un futbolçusu Rahim Laval “Roma”ya transfer olunub.
Sportal.az xəbər verir ki, bu barədə nigeriyalı futbolçu “instaqram” səhifəsində açıqlama verib. Dünən isə “Roma”nın idman direktoru Türkiyəyə gələrək “Əskişehirspor” rəsmiləri ilə görüşüb.
Qeyd edək ki, bu İtaliya təmsilçisinin Türkiyədən ikinci transferidir. Romalılar ötən il “Fənərbaxça”nın gənc futbolçusu Salih Uçanı da heyətinə qatmışdı.
saytlarin hazirlanmasi