Şvaynştayger karyerasını harada davam etdirəcək?

01:05 - 30 İyun 2015

Almaniya millisinin üzvü “Mançester Yunayted”ə keçmək istəyir  
 
"Bavariya"nın aparıcı üzvü Bastian Şvaynştayger komandadan ayrılacaq.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı almaniyalı futbolçu "Mançester Yunayted"in təklifini müsbət qarşılayıb.
 
Münhen təmsilçisində özünü narahat hiss edən almaniyalı futbolçunun “Qırmızı şeytanlar”ın düşərgəsinə keçmək istədiyi bildirib. Almaniya milli komandasının aparıcı üzvünün gələcək karyerasına harada davam etdirəcəyinə yaxın günlərdə aydınlıq gələcək.
 
Qeyd edək ki, Bastian Şvaynştayger ötən mövsüm "Bavariya"da 28 oyuna 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Xəbər xətti