"Çelsi" Con Stounsla güclənir

01:44 - 30 İyun 2015

Müdafiəçi "zadəgənlar"a 20 milyona başa gələcək 
 
“Everton”un müdafiəçisi Con Stouns “Çelsi” klubunun maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, London təmsilçisi yaxın günlərdə 21 yaşlı ingiltərəli futbolçunu heyətinə cəlb edəcək.
 
Liverpul təmsilçisi 20 milyon funt sterlinq qarşılığında Stounsu buraxmağa hazırdır. “Zadəganlar” bu məbləği ödəməklə müdafiəni yeni tarnsferlə gücləndirəcək.
 
Qeyd edək ki, ötən mövsüm “Everton”un heyətində 29 oyun keçirən futbolçu 1 qol vurub.     

Xəbər xətti