Yeni transfer “rossonerilər”ə 20 milyona başa gəldi
"Milan" klubu növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, İtaliya təmsilçisi müqavilə hüququ "Roma"ya məxsus olan Andrea Bertoliççini transfer edib.
“Rossonerilər” 24 yaşlı futbolçuyla 4 illik müqavilə bağlayıb. İtaliya mətbuatının yaydığı xəbərə görə, Bertoliççinin keçidi "Milan"a 20 milyon avroya başa gəlib.
saytlarin hazirlanmasi