Səhər məşqindən sonra...
UEFA Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Qəbələ” bu gün Gürcüstana yollanacaq.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, iyulun 2-də Tiflisin “Dinamo” klubu ilə ilk matçına çıxacaq “qırmızı-qaralar” oyundan iki gün əvvəl qonşu ölkəyə gedəcək. Roman Qriqorçukun baş məşqçisi olduğu komanda səhər məşqindən sonra səfərə çıxacaq. 2015-2016 mövsümünün hazırlıq məqsədilə iyunun 10-19-da Türkiyənin Ərzurum şəhərində, 20-30-da Qəbələdə toplanış keçən komanda UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi son məşqini Tiflisdə keçirəcək.
Qeyd edək ki, "Dinamo" - "Qəbələ" görüşü iyulun 2-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi