"Rəvan"ın yeni baş məşqçisi məlum oldu

14:00 - 30 İyun 2015

Məmmədovun əvəzinə...

 

"Rəvan” PFK-nın U-19 komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fizuli Məmmədovun istefasından sonra boşalan post gənc mütəxəssisə həvalə olunub. Belə ki, klub rəhbərliyi 2015/2016-cı il mövsümündə UEFA Gənclər Liqasında ölkəmizi təmsil edəcək komandanı Anar Vəliyevə tapşırıb.

 

Qeyd edək ki, A.Vəliyev 2013/2014-ci il mövsümündə "Rəvan” PFK-nın əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb. Sonuncu mövsümdə isə əsas komandada Ramil Əliyevin köməkçisi olub.

Xəbər xətti