Həmyerlimizə UEFA-da vəzifə verildi

16:50 - 30 İyun 2015

Komitənin üzvü seçildi

 

Rusiya Mini-Futbol Assosiasiyasının (AMFR) əslən azərbaycanlı prezidenti Emil Əliyevə UEFA-da vəzifə verilib.

 

Sportal.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

 
E.Əliyev qitə futbol qurumunun mini-futbol və çimərlik futbolu üzrə komitəsinə üzv seçilib.

 
Qeyd edək ki, Emil Əliyev 2011-ci ildən AMFR-in prezidentidir.(Report)

Xəbər xətti