"Xəzər Lənkəran"da daha bir ayrılıq

19:58 - 30 İyun 2015

Elnur İsmayılovla müqavilə uzadılmayıb

 

"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istnadən xəbər verir ki, Lənkəran təmsilçisi Elnur İsmayılovla başa çatan müqavilənin müddətini uzatmayıb.

 

Xatırladaq ki, "Xəzər Lənkəran" bundan əvvəl Alfred Sanko, Ruslan Cəfərov və Ağabala Ramazanovla yolları ayırmışdı.

Xəbər xətti