Aleksandr Çervyakov istefaya göndərilib
Azərbaycanın qadınlardan ibarət voleybol millisində baş məşqçi dəyişikliyi reallaşıb.
Sportal.az xəbər verir ki, yığmanın çalışdırıcısı Aleksandr Çervyakov istefaya göndərilib. Onu bu postda Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev əvəzləyib.
Xatırladaq ki, təcrübəli mütəxəssis 2013-cü ildə Avrooa Çempionatının gedişində səhhətində yaranmış problemlə əlaqədar komandadan ayrılmışdı. Həmin vaxtdan millimizi baş məşqçi kimi Çervyakov çalışdırıb. Lakin Avropa Oyunlarında yığmanın medalsız qalması yenidən Faiq Qarayevə ehtiyac yarandığını göstərdi.
(Apasport)
saytlarin hazirlanmasi