"Xəzər Lənkəran" gündə iki dəfə olmaqla... FOTO

00:01 - 1 İyul 2015

Axşam məşqi

 

Bildiyiniz kimi "Xəzər Lənkəran" Futbol Klubu yay təlim-məşq toplanışı ilə əlaqədar qardaş ölkə olan Türkiyənin Nevşehir şəhərinin Kapadokya bölgəsində yerləşən "Mustafa" otelində məskunlaşıb.

 

Sportal.az xəbər verir ki, təlim-məşq prosesidə otelə məxsus futbol meydançasında keçirilir. Təlim-məşq toplanışının üçüncü gününə yekun vurulub. Səhər saatlarında komanda yağış altında məşq keçirsədə,  axşam məşqində havanın günəşli olduğunu qeyd edək.

 

Axşam məşqi fiziki və topla çalışmalar üzərində qurulub. Komanda gündə iki dəfə olmaqla hər gün məşq keçirir.

 

Xəbər xətti