"Antalyaspor" Ronaldinyo və Etodan sonra daha bir ulduz futbolçu gətirir

00:41 - 1 İyul 2015

Vilya Super Liqada?

 

Samuel Etonu heyətinə qatan və Ronaldinyoyla ilkin razılığa gələn "Antalyaspor" diqqətini bir başqa ulduz futbolçuya yönəldib.
 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Gültəkin Gəncər verdiyi açıqlama ilə gündəmə gəlib:
 

"Daha bir transfer edəcəyik. O transferdən sonra bütün dünya və Türkiyə ayağa qalxacaq. Hamı hazır olsun. Bu transfer yüz ilin transferi olacaq".
 

Yayılan məlumatlara görə, Gəncərin haqqında bəhs etdiyi futbolçu "Nyu-York Siti" forması geyən David Vilyadı. "Antalyaspor"un Vilyadan sonra diqqətini İbrahim Afellaya yönəldəcəyi gözlənilir.

Xəbər xətti