Münhen təmsilçisi italiyalı futbolçunu düşərgəsinə qatır
“Torino”nun müdafiəçisi Matteo Darmian karyerasını Almaniyada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, 25 yaşlı futbolçuya “Bavariya” maraq göstərir.
Bundesliqa təmsilçisi italiyalı futboolçunun qarşılığında “Torino”ya 20 milyon avro ödəməyə hazırdır. İtaliya millisinin üzvünü münhenlilərlə yanaşı, “Napoli” klubu da heyətinə cəlb etməkdə iddialıdır.
Xatırladaq ki, ötən mövsüm “Torino”da 47 oyun keçirən Darmian 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi