Knyazlıq təmsilçisi Fares Baluli ilə anlaşdı
Fransanın “Monako” klubu heyətinə gənc futbolçu qatıb.
Sportal.az xəbər verir ki, knyazlıq təmsilçisi “Lion”da forma geyinən yarımmüdafiəçi Fares Baluli ilə razılığa gəlib.
20 yaşlılardan ibarət Fransa yığma komandasının aparıcı üzvü “Monako”yla 5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, ötən mövsüm “Lion”da 4 oyun keçirən futbolçu ümumilikdə 45 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi