San-Marino təmsilçisi səfərdən məğlubiyyətlə dönür
Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın azad olduğu mərhələnin ilk 3 qarşılaşması keçirilib.
Qitənin ən nüfuzlu klub turnirinin ilk qarşılaşmasında Ermənistan təmsilçisi “Pünik” evdə San-Marino çempionu “Folqor”u 2:1 hesabı ilə məğlub edib.
Günün digər iki qarşılaşmasında “Linkoln” - “Santa Koloma” və “Kruzaders” - “Levadiya” matçlarında tərflər meydandan qolsuz ayrılıblar.
Qeyd edək ki, sabah ilk oyunlar çərçivəsində B-36 (Farer adaları) - TNS (Uels) görüşü keçiriləcək.
Çempionlar Liqası I təsnifat mərhələsi, ilk oyunlar
30 iyun
“Pünik” (Ermənistan) - “Folqor” (San-Marino) 2:1
Qollar: Satumyan, 45+2, Romero, 48 - Hirs, 71
“Linkoln” (Cəbəllütariq) - “Santa Koloma” (Andorra) 0:0
“Kruzaders” (Şimali İrlandiya) - “Levadiya” (Estoniya) 0:0
saytlarin hazirlanmasi