Dos Santos “Los-Anceles Qalaksi”ylə danışıqlar aparır
“Vilyarreal”ın hücumçusu Covanni dos Santos ABŞ-a üz tutur.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu “Los-Anceles Qalaksi”ylə danışıqlar aparır.
İspaniya mətbuatının yaydığı məlumatlarda meksikalı futbolçunun ABŞ təmsilçisinə 7 milyon avroya başa gələcəyi bildirilir.
Xatırladaq ki, keçən mövsüm İspaniya La Liqasında 28 oyuna çıxan hücumçu 1 qol vurub.
saytlarin hazirlanmasi