Yoan Kabaye yenidən ingiltərəyə qayıdır
PSJ-nin yarımmüdafiəçisi Yoan Kabaye yenidən İngiltərəyə qayıda bilər.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu “Kristal Palas”dan təkilf alıb.
Alan Pardyunu yaxından tanıyan fransalı futbolçu onun başçılığı altında oynamağa razılıq verib. Paris təmsilçisi 10 milyin funt sterlinq qarşılığında Kabayeni İngiltərə klubuna satmağa hazırdır. Bir vaxtlar “Nyukasl”da forma geyinmiş futbolçu məhz İngiltərə klubundan PSJ-yə keçib.
Qeyd edək ki, Fransa Liqasında 24 oyun keçirən futbolçu 1 qol vurub.
saytlarin hazirlanmasi