Çimərlik voleybolu üzrə “Kontinental kuboku”nun IV mərhələsinin püşkü atılıb.
Sportal.az хəbər verir ki, gələn il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycanın kişi və qadın komandaları da iştirak edəcək.
Lüksemburqda baş tutan mərasimdə ilk 3 mərhələni uğurla adlayan qadın komandamız C qrupunda yer alıb. Cütlüyümüz Yunanıstan, Finlandiya və Şotlandiya ilə mübarizə aparacaq. Qrupun oyunları sentyabrın 5-6-da keçiriləcək. Oyunlar Yunanıstanın Sessaloniki şəhərində keçiriləcək. Qrupda ilk 2 yerin sahibi mərhələ adlayacaq.
Kişilərdən ibarət komandamız isə İsrail, Estoniya və Belçika ilə birlikdə D qrupunda mübarizə aparacaq. İsrailin Tel-Əviv şəhərində baş tutacaq qrupun oyunları sentyabrın 11-12-nə təsadüf edəcək.
Qeyd edək ki, yarışların finalçıları Rio-2016-ya lisenziya qazanacaqlar.
saytlarin hazirlanmasi