Pol Poqba "Barselona"da

15:13 - 1 İyul 2015

64 milyon avro 

 

Bir müddətdi Avropa nəhənglərinin hədəfində olan "Yuventus"un aparıcı futbolçusu Pol Poqbanın "Barselona"ya keçidi razılaşdırılıb.

 

Sportal.az xəbər verirki, bubarədə "GazettadelloSport" məlumat yayıb. Kataloniya klubu "Mançester Siti" və "Çelsi" ilə mübarizədən qalib ayrılıb.

 

"Şəhərlilər"in 71 milyon, "zadəganlar"ın isə Oskarla yanaşı 35 milyon təklif etdiyi bir vaxtda "Barsa" 64 milyon avro ilə Poqbanın transferini həll edib.

 

UEFA tərəfindən qoyulan qadağaya görə, La Liqa nəhəngi bu transferi ancaq qışda reallaşdıra biləcək.

Qeyd edək ki, Poqba geridə qalan mövsümdə "Yuventus"un heyətində 41 oyun keçirib, 10 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti