"Bavariya"nın Ukraynadan 30 milyonluq transferi

16:00 - 1 İyul 2015

Münhen təmsilçisi braziliyalı futbolçuyla anlaşdı
 
“Şaxtyor”un yarımmüdafiəçisi Duqlas Kosta karyerasını Almaniyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, “Bavariya” klubu 30 milyon avro qarşılığında 24 yaşlı braziliyalı futbolçunu heyətinə qatıb.
 
Ukraynada 6 parlaq mövsüm keçirən Duqlas Kosta oyunu və qollarıyla “Şaxtyor”a xeyir verib. Donetsk təmsilçisinin heyətində ümumilikdə 203 oyun keçirən “sambaçı” rəqib qapılarına 38 dəfə yol tapıb.   
 
Qeyd edək ki, 2010-cu ildə Brazilyanın “Qremio” klubuna 6 milyon avro ödəyən “Şaxtyor” futbolçunu heyətinə qatıb.    

Xəbər xətti