“Əjdahalar” İmbulayla müqavilə bağladı
“Marsel”in yarımmüdafiəçisi Janneli İmbula Portuqaliya klubuna keçib.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçunu “Porto” heyətinə cəlb edib.
20 milyon avro qarşılığında “əjdahalar” portuqaliyalı futbolçuyla 5 illik müqavilə bağlayıb. Portuqaliya klubunun tarixində ən bahalı transferi sayılan İmbulanın müqaviləsinə belə bir şərt də artırılıb. Əgər qarşıdakı beş ildə “Porto” futbolçunu 50 milyona satarsa, onda portuqaliyalılar “Monako” klubuna təzminat verəcək.
Qeyd edək ki, “Porto”yla yanaşı, İmbulanı heyətinə qatmaqda “İnter” və “Valensiya” klubları da maraqlı idi.
saytlarin hazirlanmasi