Superliqada yeni baş məşqçi

19:03 - 1 İyul 2015

Mesut Bakkalın yeni çalışdırıcısı məlum oldu
 
Türkiyə superliqa təmsilçilərindən olan "Mersin İdmanyurdu" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, komandanı yeni mövsümdən Məsut Bakkal çalışdıracaq.
 
O, yeni vəzifəsində Rıza Çalımbayı əvəzləyəcək. Komanda rəhbərliyi ilə razılığa gələn 51 yaşlı mütəxəssislə bu gün rəsmi müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Bakkalın son komandası "Gənclərbirliyi" klubu olub.

Xəbər xətti