Xorvatiya millisinin üzvü İtaliya yolunda

02:27 - 2 İyul 2015

“İnter” İvan Perişiçi sıralarına qatır  
  
Xorvatiya milli komandasının üzvü İvan Perişiç karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, “Volfsburq”lu yarımmüdafiəçini “İnter” klubu sıralarına qatmağa hazırlaşır.
 
Milan təmsilçisi əvvəl xorvatiyalı icarə əsasında komandaya cəlb etmək istəyir. Əgər futbolçu qarşıdakı mövsüm özünü yaxşı tərəfdən göstərərsə, onda italiyalılar 20 milyon avro qarşılığında Perişiçi “canavarlar”dan transfer hüququnu alacaq.
 
Xatırladaq ki, ötən mövsüm “Volfsburq”un heyətində 6 oyuna çıxan 26 yaşlı futbolçu 7 qol ötürməsi edib.       

Xəbər xətti