İngiltərə təmsilçisi Varqası transfer edə biləcəkmi?
Çili yığmasının aparıcı üzvü Eduardo Varqas “Arsenal”ın maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, ötən mövsümü KPR-də icarə əsasında çıxış edən futbolçu “Napoli” klubuna məxsusdur.
İngiltərə təmsilçisi 25 yaşlı futbolçunun keçidinə görə neapollulara 16 milyon avro ödəməyə razıdır. Premyer Liqada 22 oyuna 4 qol və 3 məhsuldar ötürməylə yadda qalan Varqasın keçidinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Amerika Kubokunda 5 oyuna 4 qol vuran Çili yığmasının üzvünü qarşıda Argentina millisiylə final oyunu gözləyir.
saytlarin hazirlanmasi