"Roma" ispaniyalı futbolçuyla anlaşdı

02:46 - 2 İyul 2015

Paytaxt klubu Falkeni icarəyə götürdü
 
Yeni mövsüm hazırlıqlarına başlayan “Roma” klubu “Cenoa”lı Yaqo Falkeylə razılığa gəlib.  
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı futbolçunu icarə əsasında heyətinə cəlb edib.
 
Əgər “canavarlar” ispaniyalı yarımmüdafiəçini düşərgədə saxlamaq istəsə, onda bunun müqabilində “Ceno”ya 9 milyon avro ödəməli olacaqlar.
 
Qeyd edək ki, geridə qalan mövsüm İtaliya A seriyasında 32 oyun keçirən Falke 13 qol vurub və 3 məhsuldar ötürmə edib.       

Xəbər xətti