4 illik müqavilə imzalanıb
Avropa Liqanın son qalibi "Sevilya" növbəti mövsüm üçün heyətini gücləndirməkdə davam edir.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, əndəluslular "Milan"ın təcrübəli futbolçusu Adil Ramini heyətinə qatıb. Onunla 4 illik müqavilə imzalanıb. Bu xəbəri futbolçu özü də təsdiqləyib.
Qeyd edək ki, A.Rami ötən mövsüm "Milan"da 22 oyuna çıxıb
saytlarin hazirlanmasi