Filip Lam yığma komandaya qayıtmaq istəmədi
“Bavariya”nın müdafiəçisi Filipp Lamın Almaniya milli komandasına qayıdacağı ilə bağlı məlumatlar yayılıb.
Sportal.az xəbər verir ki, 2014-cü ildə Bundestimlə dünya kubokunu başı üzərinə qaldırandan sonra kapitan yığmadan getdiyini elan edib.
Filipp Lam yenidən gündəmə gələn məsələyə belə münasibət bildirib:
“Milli komandaya qayıtmaq fikrim yoxdur. Məni tanıyanlar yaxşı bilirlər ki, qərarımı dəyişən deyiləm. İndi vaxtımın çox hissəsini ailəmlə keçirirəm. Mənim üçün ən sevdiyim insanların arasında olmaq daha önəmlidir, nəinki karyeramı düşünmək.
saytlarin hazirlanmasi