Final oyunu iyulun 6-da keçiriləcək
Kanadada təşkil edilən qadınlar arasında dünya çempionatının finalçılarının adlarına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, dünya çempionatının finalında ABŞ-la Yaponiya üz-üzə gələcək. Yaponlar finala çıxmaq üçün yarımfinalda İngiltərəni 2:1 hesabıyla məğlub etməli olublar.
ABŞ və Yaponiya 2011-ci ildə də final matçında üz-üzə gəlmişdilər.
Final oyunu iyulun 6-da keçiriləcək.
saytlarin hazirlanmasi