Eşli Koul gecə klubunda qalmaqal saldı
Londonda gecə klublarının birində “Roma”nın müdafiəçisi Eşli Koul qalmaqal salıb.
Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu model Karla Xouya yaxınlaşaraq xanıma söz atıb.
Eşli Koulun qeyri-etik davranışı xanımın futbolçuya əl qaldırmasıyla nəticələnib. Belə ki, modelin yumruq zərbəsindən sonra futbolçunun sifəti al-qana boyanıb.
Karla Xouya beş il əvvəl əkiz bacisi Melisayla görüşən futbolçunun onu izlədiyni etiraf edib:
“Eşli məni hər yerdə izləyirdi. O, mənə gecə klubunu tərk etməyi tələb etdi. Elə bilirdi ki, onun dediyi ilə oturub-duracam. Əvəzində cavab olaraq məndən yumruq zərbələri yedi. Düzü, onun sifətinin belə tez al-qana boyanacağını gözləmirdim. Zərbədən sonra barmağımda üzük onun dodaqlarını parçalamışdı. Bunu bacıma görə etdim. Eşli elə bilir ki, qadınlar gücsüz və zəifdir. Yəqin ki. bundan sonra futbolçu öz hərkətlərinə fikir verəcək”.
saytlarin hazirlanmasi