Yaponiya - İngiltərə matçında
Qadınlar futbolçulardan ibarət yığma komandalar arasında keçirilən dünya çempionatında ikinci finalçı bəlli olub.
Sportal.az xəbər verir ki, yarımfinalda İngiltərəni 2-1 hesabı ilə məğlub edən Yaponiya finala vəsiqə qazanıb.
Yaponiya - İngiltərə matçının son dəqiqələri dramatik alınıb.Hesab 1:1 olarkən matçın 90+2-ci dəqiqəsində ingilislərin müdafiəçisi Laura Basset topu öz qapısına göndərməklə komandasının yarımfinalda dayanmasına səbəb olub.
saytlarin hazirlanmasi