Millimizin rəqibləri bəlli oldu

18:37 - 2 İyul 2015

Xorvatiya, Azərbaycan, Belarus, B qrupunun qalibi

 

Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə təsnifat və əsas mərhələnin iştirakçıları qruplara bölünüb.

 

2016-cı il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada keçiriləcək final mərhələsinə 7 vəsiqəyə iddia edən 45 Avropa təmsilçisi 3 mərhələdə qüvvəsini sınayacaq.  Azərbaycan millisi 23 komandanın 6 qrupda çıxış edəcəyi təsnifat mərhələsindən azaddı.

 

A qrupu: Gürcüstan, Moldova, Andorra, Cəbəllütariq

B qrupu: Yunanıstan, Monteneqro, İsveç, San-Marino

C qrupu: Fransa, Litva, Albaniya, Malta

D qrupu: Latviya, Ermənistan, Kipr, Estoniya

E qrupu: İsrail, İngiltərə, Danimarka, Uels

F qrupu: Finlandiya, Bolqarıstan, İsveçrə

 

Yalnız qrup qaliblərinin vəsiqə qazandığı növbəti mərhələyə 22 komanda birbaşa qatılacaq. Bu 28 yığma 7 qrupa bölünüb.

 

Millimiz Xorvatiyada mübarizə aparacaq B qrupunda çıxış edəcək. Yığmamız meydan sahibləri, Belarus, həmçinin Yunanıstan, Monteneqro, İsveç, San-Marinonun yer aldığı B qrupunun qalibi ilə matçlarda qüvvəsini sınayaacq.

 

1-ci qrup: Ukrayna, Macarıstan, Belçika, E qrupunun qalibi

2-ci qrup: Xorvatiya, AZƏRBAYCAN, Belarus, B qrupunun qalibi

3-cü qrup: Rusiya, Serbiya, Türkiyə, F qrupunun qalibi

4-cü qrup: İspaniya, Hollandiya, Bosniya və Herseqovina, D qrupunun qalibi

5-ci qrup: Çexiya, Sloveniya, Qazaxıstan, C qrupunun qalibi

6-cı qrup: Portuqaliya, Rumıniya, Polşa, Norveç

7-ci qrup: İtaliya, Slovakiya, Makedoniya, A qrupunun qalibi

 

Qeyd edək ki, təsnifat mərhələsi bu il oktyabrın 22-25-də, əsas mərhələ dekabrın 10-13-də keçiriləcək. Hər qrupdan iki komandanın yüksələcəyi pley-offun qarşılaşmaları isə 2016-cı il martın 22-də və aprelin 12-də baş tutacaq.

(Apasport)

Xəbər xətti