"Bu nəticə ilə qane olmalıyıq"
“Bu nəticə ilə qane olmalıyıq. Evə ümidlə qayıdırıq. Əlbəttə ki, hələ mərhələninin taleyini həll olunmayıb. “Neftçi” topa nəzarət etdikcə həyəcan keçirirdim. Hər iki komandanın mərhələ adlamaq şansı var”.
Sportal.az xəbər verir ki, bu sözləri “Mladost” (Monteneqro) klubununu baş məşqçisi Nikola Rakoyeviç Avropa Liqasının I təsnifat mərhələsininin “Neftçi” ilə ilk oyunundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
O, “Neftçi”nin oyununu analiz edə bilmədiklərini bildirib: “Düzdür, “Neftçi”də çox dəyişiklik olub. Rəqibin iki oyununun diskinə baxmışdıq. Hər iki komanda bir-birinidən xəbərsiz idi. “Nefçi” son yoxlama oyunlarında qol vura bilməmişdi. Həqiqətən də rəqib xeyli dəyişilib”.
saytlarin hazirlanmasi