"Fiziki hazırlığımızı daha da yaxşılaşdırmalıyıq"
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Mladost" klubuna qarşı keçirilmiş ilk oyunu şərh edib.
Sportal.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatmış görüşlə bağlı bunları söyləyib:
"Son dəqiqələrdə qol buraxmaq çox məyusedicidir. Araz Abdullayevlə Samir Məsimov çox yorulduğuna görə meydanı tərk etməli oldu. İstirahət üçün az vaxtımız var idi. Amma buna baxmayaraq, heç-heçə normal nəticədir. Səfərdə əks-hücum futbolu oynayacağıq. Kaue də sıraya dönəcək. Yaxşı, döyüşkən komandamız var. Sadəcə, fiziki hazırlığımızı daha da yaxşılaşdırmalıyıq. Heyətimizə baxsanız, görərsiniz ki, bəzi futbolçular ilk dəfə idi avrokubok matçına çıxmışdılar".
saytlarin hazirlanmasi