Cavid Hüseynovdan tarixi qol
	 
	Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Dinamo"nun qonağı olan "Qəbələ" avrokuboklarda ilk qolunu vurub.
	 
	Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" Tiflisdə keçirilən oyunun 74-cü dəqiqəsində fərqlənib.
	 
	Cavid Hüseynov mükəmməl qolla görüşdə bərabərliyi bərpa edib - 1:1. Lakin matç "Qəbələ"nin məğlubiyyəti ilə başa çatıb - 1:2. 
	 
	Qeyd edəl ki, ötən mövsüm Avropa Liqasında debüt edən "Qəbələ" "Şiroki Brieq" (Bosniya və Hersoqovina) klubu ilə hər iki oyunda meydanı qolsuz tərk edib (0:3, 0:3).
                      
saytlarin hazirlanmasi