Luis Adriano rəsmən "Milan"da

01:40 - 3 İyul 2015

"Şaxtyor”un hücumçusu “rossonerilər”ə 8 milyona başa gəldi
 
“Şaxtyor”un hücumçusu Luis Adriano karyerasını İtaliyada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçunu “Milan” düşərgəsinə qatıb.
 
Donetsk təmsilçisindən 8 milyon avro qarşılığında transfer olunan braziliyalı “rossonerilər”lə 5 illik müqavilə bağlayıb. Bundan başqa, “sambaçı” “Milan”da ilinə 3:5 milyon avro maaş alacaq.   
 
Qeyd edək ki, 2007-ci ildən “Şaxtyor”un şərəfini qoruyan Adriano ümumilikdə keçirdiyi 266 oyunda 128 qol vurub.        

Xəbər xətti