"Hesabda önə keçəndən sonra oyunda nəzarəti əlimizdə saxlamaq lazım idi"

01:50 - 3 İyul 2015

Alberto Melli: “Növbəti mərhələyə çıxmaq şansımız qalır”
 
"Oyunda üstün tərəf biz idik. Komandamız yetərincə yaxşı oyun göstərdi. Amma son dəqiqələrdə oyuna nəzarəti əldən verdik". 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Xuan Alberto Melli Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.  
 
İspaniyalı futbolçu komandasının mərhələ keçmək şansının qaldığını bildirib: 
 
"Hesabda önə keçəndən sonra oyunda nəzarəti əlimizdə saxlamaq lazım idi. Hücuma keçərkən həddindən artıq top itkilərinə yol verdik. Belədə rəqib əks hücumlarda fəallaşdı. Onlar qol epizodlarından maksimum yararlandılar. “Neftçi”nin əsasını gənc futbioolçular təşkil edir. Oyunu qələbəylə başa vurmaq üçün daha çox təcrübəyə ehtiyacımız vardı. Növbəti mərhələyə çıxmaq şansımız qalır. Bunun üçün cavab oyununda mütləq qələbə qazanmalıyıq".

Xəbər xətti