2 komandamız eyni qrupda
Azərbaycanın qadın voleyboçulardan ibarət klublarının Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, iki klubumuz eyni qrupa düşüb.
Belə ki, "Azərreyl" və "Lokomotiv" А qrupunda yer alıb. Onlardan başqa "Alyans Ştutqart" (Almaniya) və "Dinamo" (Kazan, Rusiya) klubları da bu qrupa düşüb.
"Telekom" (Azərbaycan) isə "Drezdner" (Almaniya), "İmpel Vrotslav" (Polşa) və "Fənərbaxça" (Türkiyə) ilə birlikdə E qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, qrup mərhələsinin ilk oyunları oktyabrın sonunda keçiriləcək.
saytlarin hazirlanmasi