"Fənərbaxça" 2 legioner futbolçu transfer etdi

11:39 - 3 İyul 2015

1 illik müqavilə imzalandı

 

Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq İstanbulun "Fənərbaxça" klubu heyətini gücləndirməkdə davam edir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" "Porto"dan braziliyalı qapıçı Fabiano Ribeiro və seneqallı mərkəz müdafiəçisi Abdullaye Banı heyətinə qatıb. Hər 2 futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Yeni transferlər şənbə günü İstanbula gələrək rəsmi müqavilə imzalayacaq.

Xəbər xətti