"Qəbələ" azarkeşləri Tiflisdə hücuma məruz qaldı

12:59 - 3 İyul 2015

Ciddi xəsarət alanların olmadığı bildirilir

 

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Tiflisdə baş tutan Gürcüstanın "Dinamo" və Azərbaycanın "Qəbələ" klubları arasındakı ilk oyun öncəsi azarkeşlər arasında dava düşüb.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"ni dəstəkləmək üçün Tiflisə səfər edən "Sektor 11" fan-klubunun üzvləri oyundan öncə stadionun qarşısında rəqib azarkeşlərin hücumuna məruz qalıblar.

 

Bu barədə fan-klubun sosial şəbəkədəki səhifəsində məlumat yayılıb. Azərbaycanlı azarkeşlərdən ciddi xəsarət alanların olmadığı bildirilir.

 

Qeyd edək ki, "Dinamo" - "Qəbələ" klubu qonşu ölkə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər xətti