"Biz xatırlayırıq Zaqatala və Qax. 1921"
Tiflisdə Azərbaycanın “Qəbələ” və Gürcüstanın “Dinamo” futbol komandaları arasındakı görüşdə azarkeşlər tərəfindən (bunların sadə azarkeş olduğu şübhəlidir – red.) tribunalardan ciddi siyası şuarlar əks olunmuş plakatlar asılıb.
Sportal.az xəbər verir ki, plakatlarda "Biz xatırlayırıq Zaqatala və Qax. 1921" yazılıb. Həmyerlilərimizin iradından sonra UEFA rəsmiləri məsələyə qarışıb və plakatlar yığışdırılıb. Azərbaycanın Gürcüstandakı səfiri də məsələni dərhal araşdıracağını bildirib. (atv.az)
saytlarin hazirlanmasi