Anelka oynayan məşqçi oldu

17:12 - 3 İyul 2015

Futbolçu artıq fəaliyyətə başlayıb
 
Nikolas Anelkanın karyerasında yeni dönəm başlayır.
 
Sportal.az xəbər verir ki, fransız futbolçu bundan sonra oynayan məşqçi kimi fəaliyyət göstərəcək. Daha doğrusu, Hindistan Superliqasında mübarizə aparan "Mumbay" klubunun rəhbərliyi ötən mövsüm transfer etdiyi forvarda məşqçilik lisenziyası alaraq komandanın "sükanı arxasına" gətirib. Həmçinin, Nikolas start heyətində və ya qarşılaşmların gedişində istədiyi zaman meydana daxil ola biləcək.
 
Anelka fəaliyyətə başlayıb. O, klubun transfer və seleksiya fəaliyyətinə şəxsən nəzarət edəcək.

Xəbər xətti