"Zirə"nin futbolçusu: "Türkiyədən qayıdandan sonra..."

00:34 - 4 İyul 2015

"Yüngül məşqlər edirik"

 

“Zirə”nin futbolçusu Adil Nağıyev komandanın hazırlığı ilə bağlı fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm “Zirə”dəki çıxışı ilə diqqətləri üzərinə çəkən Nağıyev Premyer Liqaya böyük əzmlə hazırlaşır. Gənc müdafiəçi komandaya yüksək səviyyəli futbolçuların cəlb olunduğunu deyir: 

 

“Komanda yeni toplaşıb, yeni kollektiv formalaşır. Hələ ki, bərpa prosesi keçirik, yüngül məşqlər edirik. Ayın ortalarında Türkiyəyə təlim-məşq toplanışına gedəcəyik. Ordan qayıdandan sonra komandanın vəziyyəti haqda daha yaxşı danışmaq olar. Ümid edirəm ki, yeni gələnlər də qısa müddətdə kollektivə uyğunlaşacaq”.

Xəbər xətti